ain.az bildirir, GlobalInfo portalına istinadən.
Dubayda yerləşən “Vantage Drilling” şirkəti “Lukoyl” ilə Qara dənizdə qazma müqaviləsini ləğv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qara dəniz şelfində kəşfiyyat qazma işlərinə 2026-cı ildə başlamaq planlaşdırılırdı. Lukoyl oradakı Trident və Est Rapsodia qaz yataqlarındakı iki blokun 85%-dən çoxuna sahibdir. Qalan pay isə Rumıniya dövlət şirkəti olan “Romgaz”a məxsusdur.
Lakin, 19 oktyabrda “Vantage Drilling” şirkəti podratçını və iş yerini açıqlamadan Platinum Explorer qazma gəmisinin təchizatı və istismarı üçün 260 günlük müqavilənin ləğv edildiyini açıqlayıb.
“Vantage Drilling” şirkətinin açıqlamasından dörd gün əvvəl Böyük Britaniya “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Şirkət isə “Lukoyl” ilə müqavilə barədə şərh verməkdən boyun qaçırıb: “Vantage Drilling” müqaviləni ləğv edib, çünki müvafiq sanksiyalar onun icrasını qanunsuz hala çevirirdi.”
Qərb sanksiyaları şirkətin fəaliyyətini çətinləşdirdikdən sonra “Lukoyl” İraqın Qərbi Qurna-2 neft yatağında fors-major vəziyyət elan edib. tmişdi. İraq “Lukoyl” şirkətinə bütün nağd və neft ödənişlərini dayandırıb. ABŞ sanksiyaları səbəbindən neft şirkətinin İraqdakı əməliyyatlarından nağd daxilolmalar dondurulmuş olaraq qalır.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.