RU

Nurcanın anası da faciəvi şəkildə ölüb

Xəbər verdiyimiz kimi, noyabrın 19-da “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında 2009-cu il təvəllüdlü Nurcan Cəfərova həyatına qəsd edib. 16 yaşlı yeniyetmənin atasının ondan imtina etməsindən sonra belə fikrə düşdüyü bildirilir.

Hadisədən sonra isə Nurcanın yaxınları sığınacağa yaxınlaşaraq ona aid əşyaları və pulu götürüblər.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Nurcandan geri qalanları götürən şəxs onun ana babası olub.

Bu məbləğ isə 100 manat təşkil edib. Həmin pul Nurcanın anasının vəfat etməsinə görə aldığı aylıq müavinətdən geri qalan məbləğ olub.

Məlumata görə, Nurcanın anası da o, 7 yaşında olarkən intihar edib. Bu barədə yeniyetmə sığınacaqda olduğu müddətdə məlumat verib.

Избранный
11
7
publika.az

8Источники