AZ

Nurcanın anası da faciəvi şəkildə ölüb - YENİ DETALLAR

BAKI, 20 noyabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, noyabrın 19-da “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında 2009-cu il təvəllüdlü Nurcan Cəfərova həyatına qəsd edib. 16 yaşlı yeniyetmənin atasının ondan imtina etməsindən sonra belə fikrə düşdüyü bildirilir.

Hadisədən sonra isə Nurcanın yaxınları sığınacağa yaxınlaşaraq ona aid əşyaları və pulu götürüblər.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Nurcandan geri qalanları götürən şəxs onun ana babası olub.

Bu məbləğ isə 100 manat təşkil edib. Həmin pul Nurcanın anasının vəfat etməsinə görə aldığı aylıq müavinətdən geri qalan məbləğ olub.

Məlumata görə, Nurcanın anası da o, 7 yaşında olarkən intihar edib. Bu barədə yeniyetmə sığınacaqda olduğu müddətdə məlumat verib.

Onu da bildirək ki, Nurcan hadisənin baş verdiyi gün qrip olub. Bu səbəbdən o, dişlərinin müalicəsi üçün həkimə yollanmayıb, şənbə günü gedəcəyini bildirib. Bundan yarım saat sonra isə həyatına qəsd edib.

Qeyd edək ki, Nurcanın atası Elşad Cəfərov Rusiyada yaşayır. Uşağın xalası Turanə Həsənova isə müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib. Şəmkir Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib.

Seçilən
16
7
teleqraf.com

8Mənbələr