RU

DÇ-2026: Pley-off mərhələsinin püşkü atılıb, Türkiyə Rumıniya ilə qarşılaşacaq

Bu gün gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Moderator.az xəbər verir ki, püşkatmada Türkiyə millisinin rəqibləri də bəlli olub.

Qardaş ölkə təmsilçisi pley-off-da Rumıniya ilə üz-üzə gələcək.

Türkiyə pley-offda Rumıniyanı məğlub edərsə, finalda Slovakiya - Kosova cütünün qalibi ilə qarşılaşacaq.

Avropa zonası üzrə pley-off cütləri:

A yolu:

İtaliya - Şimali İrlandiya

Uels - Bosniya və Herseqovina

B yolu:

Ukrayna - İsveç

Polşa - Albaniya

C yolu:

Türkiyə - Rumıniya

Slovakiya - Kosovo

D yolu:

Danimarka - Şimali Makedoniya

Çexiya - İrlandiya

Избранный
31
4
moderator.az

10Источники