AZ

“Pley-off”un püşkü atıldı - DÇ-2026

Bu gün 2026-cı ildə ABŞ, Meksik və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılıb.

"Unikal" xəbər verir ki, mərasim FİFA-nın mənzil qərargahında keçirilib.

Pley-off oyunlarında iştirak edəcək millilər qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasının 4 Liqa qalibidir (hansı ki, Avropa kvalifikasiyasında öz qruplarını 2-ci yerdən aşağıda başa vurublar).

Hər pley-off yolu iki yarımfinal cütlüyündən ibarətdir. Hər cütlükdə "səpələnmişlər" və  "səpələnməmişlər" səbətində yer alan bir komanda iştirak edir. 1-ci səbət komandası 4-cü səbət komandası ilə, 2-ci səbət komandası isə 3-cü səbət komandası ilə qarşılaşacaq. 

Püşkün nəticəsinə əsasən, Türkiyə millisi pley-off-da Rumıniya komandası ilə görüşəxək. Bu cütün qalibi pley-off-un finalında Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq. Türkiyə qalib gəlsə, pley-off-un finalında matçı səfərdə keçirəcək.

Seçilən
35
9
unikal.az

10Mənbələr