AZ

“Pley-off”un püşkü atıldı - DÇ-2026

Bu gün 2026-cı ildə ABŞ, Meksik və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılıb.

Paralel.az xəbər verir ki mərasim FİFA-nın mənzil qərargahında keçirilib.

Pley-off oyunlarında iştirak edəcək millilər qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasının 4 Liqa qalibidir (hansı ki, Avropa kvalifikasiyasında öz qruplarını 2-ci yerdən aşağıda başa vurublar).
 

Hər pley-off yolu iki yarımfinal cütlüyündən ibarətdir. Hər cütlükdə "səpələnmişlər" və  "səpələnməmişlər" səbətində yer alan bir komanda iştirak edir. 1-ci səbət komandası 4-cü səbət komandası ilə, 2-ci səbət komandası isə 3-cü səbət komandası ilə qarşılaşacaq. Püşkün nəticəsinə əsasən, Türkiyə millisi pley-off-da Rumıniya komandası ilə görüşəxək.


Bu cütün qalibi pley-off-un finalında Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq.

Türkiyə qalib gəlsə, pley-off-un finalında matçı səfərdə keçirəcək.

2026 Dünya Kuboku Avropa seçmələrinin pley-off cütləri belədir:

A yolu

İtaliya – Şimali İrlandiya qalibi / Uels – Bosniya və Herseqovina qalibi

B yolu

Ukrayna – İsveç qalibi / Polşa – Albaniya qalibi

C yolu

Türkiyə – Rumıniya qalibi / Slovakiya – Kosovo qalibi

D yolu

Danimarka – Şimali Makedoniya qalibi / Çexiya – İrlandiya Respublikası qalibi

Yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı il keçiriləcək.

Seçilən
7
9
paralel.az

10Mənbələr