RU

Göyçayda yol qəzasında 4 nəfər xəsarət alıb

Göyçayda yük və minik maşınları toqquşub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, üçünə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bir nəfərin müalicəsi xəstəxanada davam edir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
27
8
apa.az

10Источники