AZ

Göyçayda yük və minik maşınları toqquşdu - Xəsarət alanlar var

Göyçayda yük və minik maşınları toqquşub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, üçünə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bir nəfərin müalicəsi xəstəxanada davam edir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
8
unikal.az

10Mənbələr