Göyçay rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində xəsarət alan dörd nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Onlardan 3-nə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bir nəfərin müalicəsi xəstəxanada davam edir.
Faktla bağlı araşdırma aparılır.