RU

“Təmiz Dünya” sığınacağında 4-cü mərtəbədən düşən yeniyetmə qız ölüb

Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.

 

Hadisə noyabrın 19-da baş verib.

 

Binəqədi rayonu “Motodrom” qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” sığınacağında yaşayan, Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən düşüb.

 

Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb.

 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

 

APA

Tarix: 20 Noyabr 2025, 13:49   
Избранный
7
9
pravda.az

9Источники