RU

“Təmiz Dünya”da faciə: 4-cü mərtəbədən yıxılan yeniyetmə qız öldü

Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, hadisə noyabrın 19-da baş verib.

Binəqədi rayonu “Motodrom” qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” sığınacağında yaşayan, Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən düşüb.

Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Избранный
14
9
yenisabah.az

9Источники