RU

DÇ-2026: Avropa zonası üzrə pley-offun püşkü atılır – ARENA.AZ

Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.

Arena.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində yerləşən FIFA-nın mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıblar.

Qruplarını ikinci sırada bitirən 16 komanda – Türkiyə, Slovakiya, Kosovo, Danimarka, Ukrayna, İrlandiya, Polşa, Bosniya və Herseqovina, İtaliya, Uels, Albaniya, Çexiya, Şimali İrlandiya, İsveç, Rumıniya və Şimali Makedoniya isə mundiala vəsiqə qazanamaq üçün pley-offda yarışacaqlar.

Pley-off mərhələsinin yarımfinalları martın 26-da, finalları isə bir həftə sonra baş tutacaq. Yarımfinal və finallar bir oyundan ibarət olacaq. 1-ci və 2-ci səbətlərdə yer alan yığmalar ilk görüşləri öz meydanlarında keçirəcəklər. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.

Püşkatmadan öncə səbətlər aşağıdakı kimi bölünüb:

1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna

2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya

3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo

4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
2
49
arena.az

10Источники