RU

“Ukrayna müharibəsinin bitməsi üçün hər iki tərəf AĞIR güzəştlərə getməlidir”-Rubio

Ukraynada davam edən müharibənin dayandırılması üçün həm Kiyev, həm də Moskvanın çətin və ağrılı güzəştlərə razı olmalı olacağı bildirilib.

Musavat.com xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Antoni Rubio sosial şəbəkə X-də yazıb.

Rubio qeyd edib ki, uzun sürən və ölümcül müharibələrin yekunlaşdırılması üçün hərtərəfli, real və ciddi ideyaların mübadiləsi zəruridir:

“Ukraynada gedən mürəkkəb və dağıdıcı müharibənin bitməsi hər iki tərəfdən ciddi, real və çətin kompromislər tələb edəcək. Biz münaqişənin hər iki tərəfində səsləndirilən təkliflərə əsaslanaraq, müharibənin dayandırılması üçün mümkün ideyalar siyahısını hazırlayırıq və hazırlamağa davam edəcəyik".

ABŞ rəsmisinin bu açıqlaması Vaşinqtonun Ukrayna üzrə diplomatik həll yollarını intensiv şəkildə axtardığı və tərəflərə təzyiqin artdığı barədə ehtimalları gücləndirib.

Musavat.com

Избранный
27
2
musavat.com

3Источники