AZ

“Ukrayna müharibəsinin bitməsi üçün hər iki tərəf ağır güzəştlərə getməlidir”- RUBİO

Ukraynada davam edən müharibənin dayandırılması üçün həm Kiyev, həm də Moskvanın çətin və ağrılı güzəştlərə razı olmalı olacağı bildirilib.

Bu fikri ABŞ-ın dövlət katibi Antoni Rubio sosial şəbəkə X-də yazıb.

Rubio qeyd edib ki, uzun sürən və ölümcül müharibələrin yekunlaşdırılması üçün hərtərəfli, real və ciddi ideyaların mübadiləsi zəruridir:

“Ukraynada gedən mürəkkəb və dağıdıcı müharibənin bitməsi hər iki tərəfdən ciddi, real və çətin kompromislər tələb edəcək. Biz münaqişənin hər iki tərəfində səsləndirilən təkliflərə əsaslanaraq, müharibənin dayandırılması üçün mümkün ideyalar siyahısını hazırlayırıq və hazırlamağa davam edəcəyik".

ABŞ rəsmisinin bu açıqlaması Vaşinqtonun Ukrayna üzrə diplomatik həll yollarını intensiv şəkildə axtardığı və tərəflərə təzyiqin artdığı barədə ehtimalları gücləndirib.

Seçilən
7
2
herbiand.az

3Mənbələr