RU

İranda Xəzəryanı ölkələrin nümayəndələrinin görüşü olub (FOTO)

Bakı. Trend:

İran İslam Respublikasının Gilan vilayətinin Rəşt şəhərindəXəzəryanı ölkələrin sahilyanı regionları arasında qarşılıqlıəməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüş keçirilib.

Trend xəbərverir ki, tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan vəRusiyanın rəsmi nümayəndə heyətləri iştirak edib.

Görüşdə sahilyanı regionlar arasında ticarət, sənaye,nəqliyyat-logistika, kənd təsərrüfatı, investisiya və ekolojisahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri plenar iclaslardamüzakirə olunub. Tədbirdə İran İslam Respublikasının Xarici İşlərvə Mədəniyyət nazirləri, eləcə də ölkənin digər dövlət qurumlarınınrəsmiləri iştirak edib.

Azərbaycan nümayəndə heyətinin tərkibində sahilyanı regionlarıtəmsil edən Lənkəran RİH başçısı Taleh Qaraşov, Neftçala RİHbaşçısı Mirhəsən Seyidov iştirak ediblər.

Tədbirin açılışın nitqində və xüsusi plenar sessiyada çıxışızamanı Mirhəsən Seyidov, Xəzər dənizi regionlarımız arasındaəməkdaşlığın gücləndirilməsi, sabitliyin möhkəmləndirilməsi,dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün mühüm stratejiplatforma olduğunu vurğulayaraq, Xəzərin üzləşdiyi qlobal ekolojiproblemin həllində birgə səy göstərmək lazım olduğunu xüsusi iləqeyd edib. Həmçinin, sahilyanı bölgələr arasında əlaqələringenişlənməsi ticarət, turizm, nəqliyyat və ekoloji sahələrdə yeniimkanlar açır və ümumi regional rifaha xidmət etməsi ilə bağlıətraflı məlumat verdi.

Görüş çərçivəsində Xəzəryanı regionlar arasında qarşılıqlıfəaliyyətin təkmilləşdirilməsi, nəqliyyat şəbəkələriningenişləndirilməsi, sərmayə layihələrinin təşviqi və sahilyanıekosistemin qorunması üzrə bir sıra praktiki təkliflər müzakirəedilib.

İclasın sonunda, Xəzəryanı ölkələrin sahilyanı regionlarınınrəhbərlərinin görüşünün Kommünikesi qəbul olunub.

İranda
İranda
İranda
İranda
İranda
Избранный
14
11
az.trend.az

10Источники