RU

Vyetnamda daşqınlar davam edir

Bakı,19 noyabr, AZƏRTAC

Vyetnamın cənub və mərkəz ərazilərində fəsadlara səbəb olan daşqınlar davam edir.

AZƏRTAC Vyetnamın VNA informasiya agentliyinə istinadla xəbər verir ki, cənub-mərkəzi bölgədə güclü yağışlar səbəbindən şəhərlərarası sərnişin qatarlarının hərəkəti məhdudlaşdırılıb. Daşqınlar, həmçinin hektarlarla əkin sahəsini su altında qoyub, mal-qara və ev quşları tələf olub, meliorasiya sistemlərinə və çay sahillərinə ciddi ziyan dəyib.

Xatırladaq ki, noyabrın 17-də Vyetnamın Xanhoa əyalətində torpaq sürüşməsi nəticəsində içərisində 40 sərnişin olan avtobus torpaq axını altında qalmışdı. Faciə nəticəsində 6 nəfər həlak olmuş, 19 nəfər isə xəsarət almışdı.

Избранный
138
1
azertag.az

2Источники