Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının uğurlarının Jeffrey Epşteyn qalmaqalı fonunda qəsdən kölgədə saxlanıldığını bildirib.
Jurnalistlərin Epşteyn işi üzrə sənədlərin açıqlanmasına dair qanun layihəsi ilə bağlı sualını cavablandıran Tramp Respublikaçıların bu təşəbbüsü dəstəkləməli olduğunu vurğulayıb:
“Bizim Epşteynlə heç bir əlaqəmiz yoxdur, bu işlərlə demokratlar məşğuldur. Onun bütün dostları demokrat idi. Rid Hoffman, Larri Sammers, Bill Klinton – hamısı onun adasına gedib-gəlirdi”.
Tramp əlavə edib ki, Epşteyn qalmaqalı ABŞ daxilində diqqəti yayındırmaq üçün istifadə olunur və bununla da öz administrasiyasının real nailiyyətləri ikinci plana keçirilir:
“İstəyirəm ki, insanlar gördüyümüz əla işi etiraf etsinlər – qiymətlərin aşağı salınması, enerji sahəsində irəliləyişlər, səkkiz müharibənin başa çatması… Daha biri də var, düşünürəm ki, o da tezliklə bitəcək”.
Prezidentin sözlərinə görə, administrasiya Epşteyn işi ilə bağlı 50 min səhifəlik material təqdim edib, lakin “Kennedi və Martin Lüter Kinq məsələlərində olduğu kimi, nə qədər sənəd versən də, heç vaxt yetərli sayılmır”.
Musavat.com