GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının üzvlərinə qarşı pedofillik ittihamı irəli sürüb. Belə ki, o, Demokratları qeyri-qanuni şəbəkə yaradaraq pedofillik etməkdə günahlandırılan və 2019-cu ildə həbsxanada ölü tapılan amerikalı milyarder Ceffri Epşteynlə əlbir olmaqda ittiham edib. Tramp onların Epşteynlə “çirkli əlaqələrinə” görə məsuliyyətə cəlb olunmaları üçün çağırış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Truth” sosial şəbəkəsində yazıb.
Tramp paylaşımında Rusiyanın da adını qeyd edib. O, Demokratların “Epşteyn işi” çərçivəsində 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi iddiasını irəli sürmələrini xatırladıb. Ağ Ev rəhbəri Rusiyanın dəstəyi ilə prezident seçildiyinə dair iddiaları Demokratların Epşteynlə əlaqələrini gizləmək üçün ortaya atdığını vurğulayıb.
Əvvəllər Tramp Respublikaçılar Partiyasının üzvlərinə müraciət edərək “Epşteyn işi” ilə bağlı bütün sənədlərin açıqlanması üçün səs verməyə çağırmışdı.
Qeyd edək ki, Donald Trampın Cefri Epşteynlə yaxın əlaqələri olub. Hətta bu cinayət işi çərçivəsində Trampla bağlı bəzi sübutların üzə çıxarıldığı iddia edilir.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.