AZ

Tramp Epşteyn işi üzrə materialların dərcinə tərafdardır

ABŞ prezidenti: Gizlədiləcək heç nə yoxdur, bu demokratların uydurmasıdır…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Konqresdəki Respublikaçı Partiya üzvlərini maliyyəçi Cefri Epşteyn işi ilə bağlı sənədlərin tam şəkildə açıqlanmasına səs verməyə çağırıb. Tramp bildirib ki, gizlədəcək heç nə yoxdur və vaxtı çatıb ki, radikal sol dəstələrin yaratdığı bu demokrat mistifikasiyasına son qoyulsun.

“Epşteyn əvvəllər heç kəsi maraqlandırmırdı”, lakin demokratlar respublikaçıların nailiyyətlərindən diqqəti yayındırmaq üçün bu mövzunu gündəmə gətiriblər. O həmçinin iddia edib ki, bəzi respublikaçılar hazırda “istifadə olunur” və Epşteyn “tələsi” “demokratların lənətidir, bizim yox”, deyə prezident Truth Social sosial şəbəkəsində yazıb.

Associated Press Agentliyinin məlumatına görə, sənədlərin açıqlanması ilə bağlı səsvermə bu həftə baş tuta bilər.

Xatırladaq ki, 12 noyabrda ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar Cefri Epşteynin elektron məktublarını yayıblar. Yazışmalardan prezident Trampın keçmiş maliyyəçinin fəaliyyətlərindən xəbərdar olduğu iddia edilirdi. Ağ Ev isə bunun cavabında bildirib ki, demokratlar ölkədə yaşanan şatdaun böhranının nəticələrindən ictimaiyyəti yayındırmağa çalışırlar.

Donald Tramp prezident seçkiləri kampaniyası zamanı Epşteyn işi ilə bağlı bütün materialları dərc edəcəyinə söz vermişdi, lakin vəzifəyə başladıqdan sonra mövqeyini dəyişmişdi. Bunun ardınca bəzi respublikaçılar Trampı tənqid edərək sənədlərin açıqlanmasına çağırmağa başlamışdılar.

Poliqon.info

Seçilən
95
4
poliqon.info

10Mənbələr