“Real Madrid”lə yeni müqavilə barəsində razılığa gələ bilməyən Vinisius Junior karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, ötən mövsüm Çempionlar Liqasının qalibi olan PSJ braziliyalı vingeri heyətinə qatmaq niyyətindədir.
Paris təmsilçisi “kral klubu” ilə sözləşməsi 2027-ci ildə başa çatacaq 27 yaşlı futbolçunu azad agent kimi transfer etməyi planlaşdırır.
Qeyd edək ki, ötən mövsümün əvvəlində PSJ ilə müqaviləsi başa çatan Kilian Mbappe “Real Madrid”in yolunu tutmuşdu.
Dörd klub “Qalatasaray”ın ulduzu ilə maraqlanır
Mbappe qollarının sayını 400-ə çatdırıb
Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama