Kilian Mbappe Fransanın yığmasınln Ukraynanı 4:0 hesabı ilə məğlub etdiyi oyunda dubl imza atıb.

Offsideplus.az xəbər verir ki, bununla da fransalı hücumçu karyerasında vurduğu qolların sayını 400-ə çatdırıb.

O, əfsanəvi Peledən sonra bu rəqəmə 27 yaşından əvvəl çatan 2-ci futbolçu olub.

Mbappe klub səviyyəsində "Monako"da 27, "Real Madrid"də 62 və PSJ-də isə 256 qol vurub. Onun həmçinin Fransa yığmasında 55 qolu var.