RU

ABL: “Şəki” - “Neftçi” oyunu təxirə salındı - ARENA.AZ

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 7-cı turunun bir qarşılaşması təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu turun “Şəki” – “Neftçi” oyunu təxirə salınıb. Hər iki klubun qarşılıqlı razılığı əsasında təqdim olunan müraciət Azərbaycan Basketbol Liqası tərəfindən nəzərdən keçirilib və matçın təxirə salınması barədə qərar verilib. Qarşılaşmanın keçirilmə tarixi yaxın vaxtda müəyyənləşəcək.

Xatırladaq ki, 7-ci tura bu gün start verilib. Günün yeganə oyununda “Lənkəran” “Sərhədçi”ni qəbul edib və 83:78 hesablı qələbəyə seviinb.

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.

A qrupu: Sabah – 12. Abşeron Lions – 11. Şəki – 8. Gəncə – 7. Neftçi – 7. NTD – 6.

B qrupu: Ordu – 12. Naxçıvan – 10. Lənkəran – 10. Sərhədçi – 9. Sumqayıt – 8. Quba – 8.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
22
22
arena.az

10Источники