RU

AÇ-2028-in final oyunu “Uembli”də keçiriləcək - ARENA.AZ

2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (AÇ-2028) final oyunu Londonda yerləşən “Uembli” stadionunda baş tutacaq.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

Bildirilir ki, həlledici qarşılaşma iyulun 9-da keçiriləcək.

“Uembli” həmçinin yarımfinal mərhələsinin hər iki oyununa ev sahibliyi edəcək. Açılış oyunu isə 9 iyunda Kardifdəki “Prinsipaliti” stadionunda baş tutacaq.

Xatırladaq ki, AÇ-2028 İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada təşkil ediləcək. Yarışda 24 komanda iştirak edəcək, onlardan 20-si seçmə mərhələnin nəticələrinə əsasən müəyyən olunacaq: 12 qrup qalibi və qruplarda ikinci yeri tutan ən yaxşı 8 komanda. Daha iki yer isə ikinci yeri tutan digər komandalarla UEFA Millətlər Liqasının seçmə mərhələsindən birbaşa keçə bilməyən ən yaxşı komandalar arasında oynanılacaq.

UEFA turnirin ev sahiblərinin qrup mərhələsində iştirakı üçün iki yer ayırıb. Bu yerlər seçmə mərhələnin nəticələrinə əsasən ən yüksək nəticə göstərən ev sahibi ölkələrə veriləcək.

İngiltərə millisi qrup mərhələsində ilk oyununu Mançesterdəki “Etihad” stadionunda, növbəti iki oyunu isə “Uembli” stadionunda keçirəcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
20
28
arena.az

10Источники