Bakı. Trend:
Azərbaycan Respublikasının Ombudsmanı Türkiyə Hərbi HavaQüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzayauğraması ilə bağlı paylaşım edib.
Trend xəbər verirki, paylaşımda qeyd olunub: “Türkiyə Hərbi Hava Qüvvələrinə məxsusC-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasınəticəsində hərbi qulluqçuların həlak olması barədə məlumat böyüküzüntü ilə qarşılanmışdır.
Bu ağır faciə ilə əlaqədar qardaş Türkiyə Respublikasına, onunxalqına, habelə həlak olan hərbi qulluqçuların ailələrinə vəyaxınlarına dərin hüznlə başsağlığı veririk, onlara səbr vəmərhəmət diləyirik.
Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıqmünasibətləri xalqlarımızı hər zaman bir-birinə yaxın etmişdir. Bukədərli hadisə ilə bağlı dərdinizə şərik olur, həlak olanlarınxatirəsini ehtiramla yad edirik.
Allah rəhmət etsin.”