Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması barədə məlumat böyük üzüntü ilə qarşılanmışdır. Bu ağır faciə ilə əlaqədar qardaş Türkiyə Respublikasına, onun xalqına, habelə həlak olan hərbi qulluqçuların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbr və mərhəmət diləyirik.
.jpeg)
Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri xalqlarımızı hər zaman bir-birinə daha da yaxın etmişdir. Bu kədərli hadisə ilə bağlı dərdinizə şərik olur, həlak olanların xatirəsini ehtiramla yad edirik.
Allah rəhmət etsin.
Səbinə ƏLİYEVA,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)