RU

"Napoli" - "Qarabağ" oyununun biletləri satışa çıxarıldı

Çempionlar Liqasının 5-ci turunun "Napoli" - "Qarabağ" görüşünə biletlər artıq satışa çıxarılıb.

Day.Az xəbər verir ki, biletlərin qiyməti 25 avrodan 165 avroya (təxminən 49 manatdan 324 manata qədər) dəyişir.

"Napoli" - "Qarabağ" matçı 26 noyabrda Dieqo Armando Maradona stadionunda keçiriləcək.

Qeyd edək ki, 4 turdan sonra "Qarabağ" 7 xalla 15-ci, "Napoli" 4 xalla 24-cü pillədədir.

Избранный
14
7
day.az

9Источники