AZ

"Qarabağ”ın İtaliyadakı matçının biletləri satışa çıxarıldı

Çempionlar Liqasının 5-ci turunun “Napoli” – “Qarabağ” görüşünə biletlər artıq satışa çıxarılıb. SİA xəbər verir ki, biletlərin qiyməti 25 avrodan 165 avroya (təxminən 49 manatdan 324 manata qədər) dəyişir. “Napoli” – “Qarabağ” matçı 26 noyabrda Dieqo Armando Maradona stadionunda keçiriləcək.

Qeyd edək ki, 4 turdan sonra “Qarabağ” 7 xalla 15-ci, “Napoli” 4 xalla 24-cü pillədədir.

Seçilən
15
7
sia.az

9Mənbələr