Bakı. Trend:
Çempionlar Liqasının 5-ci turunun "Napoli" - "Qarabağ" görüşünəbiletlər artıq satışa çıxarılıb.
Trendxəbər verir ki, biletlərin qiyməti 25 avrodan 165 avroya (təxminən49 manatdan 324 manata qədər) dəyişir.
"Napoli" - "Qarabağ" matçı 26 noyabrda Dieqo Armando Maradonastadionunda keçiriləcək.
Qeyd edək ki, 4 turdan sonra "Qarabağ" 7 xalla 15-ci, "Napoli" 4xalla 24-cü pillədədir.