RU

Çoban iti 83 yaşlı kişini parçalayaraq öldürdü

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

"Ölkə.az xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində baş verib.

Sakin, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib. Ağır xəsarətlər alan 83 yaşı M.Atayev hadisə yerində ölüb.

Məlumata görə, it bir neçə ay əvvəl də M.Atayevə hücum edərək onu yaralayıb.(report)

Избранный
9
15
olke.az

10Источники