RU

Əvəzedicilər Liqası: “Qarabağ” “Sumqayıt”ı 7 qolla yendi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 10-cu tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Zirə” ilə “Qəbələ”nin ikinci komandalarının görüşündə qapılara qol vurulmayıb. “Sabah-2” “Araz-Naxçıvan-2” ilə ev oyunundan çətin qələbə ilə ayrılıb. Səfərdə “Sumqayıt-2” ilə qarşılaşmış “Qarabağ”ın əvəzediciləri isə 3 xalı 7 qolla qazanıblar.

Əvəzedicilər Liqası
10-cu tur

7 noyabr

“Turan Tovuz-2” – “Kəpəz-2” 1:1
Qollar: Sənan Əliyev, 87-öz qapısına – Nizami Səmədov, 44.
Hakimlər: Elvin Bayramov, Zöhrab Abbasov, Elmin Süleymanov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

8 noyabr

“Şamaxı-2” – “Neftçi-2” 3:2
Qollar: Davud Mənsumov, 64. Abdullahi Şuaybu, 82. Bilal İsmayılov, 90+5 – Vüsal Kərimov, 33. Həsən Mahmudov, 90+3.
Hakimlər: Murad Səlimov, Asif Abdullayev, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 14:00.

9 noyabr

“Sabah-2” – “Araz-Naxçıvan-2” 3:2
Qollar: Əli Əlizadə, 36; 59. Ramil Nuraxmedov, 70 – İbrahim Piriyev, 20-pen. Elmir Cəfərov, 54.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Safalı Ağayev, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 14:00.

“Sumqayıt-2” – “Qarabağ-2” 2:7
Qollar: Əli Qurbanov, 68. İlkin Məmmədov, 88 – Murad Məmmədov, 6. Mahmud Ağayev, 7. Bəhruz Qurbanlı, 17-pen. Hacı İbrahim, 25. Əhməd Vəliyev, 61; 63. Elton Mikayılov, 80. Emil Binyətzadə, 84.
Hakimlər: Şamil İmanzadə, Kamran Bayramov, Samir Qaracayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Neftçi Arena” (ehtiyat meydança), 15:00.

“Zirə-2” – “Qəbələ-2” 0:0
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Rekord Arena”, 14:00.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
28
29
arena.az

10Источники