AZ

Azər Bağırov: “İstədiyimiz heyətlə meydana çıxa bilmirik”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Qəbələdə baş tutmuş oyun Gəncə təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Bağırov oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə hər kəsi təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm!

Oyuna gəldikdə, istədiyimiz heyətlə meydana çıxa bilmirik. Bütün oyunlar çətin keçir. Nəsə etmək istəyirik. Sadəcə, cüzi səhvləri təkrarlayırıq və istəmədiyimiz qolları buraxırıq. Amma komandanı istədiyimiz formaya salacağıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm.

Ötən mövsüm də komandanı götürdükdən sonra 3 məğlubiyyət yaşadıq, ardınca bir qələbə qazandıq. İndi isə əksi oldu. Enişlər yaşadıq. Bu gün Dioqo Verdaska yox idi. Ötən mövsüm tam fərqli vəziyyət idi. Səbəbləri bilirəm. Amma bu, problemlərin həlli deyil. Qışa qədər maksimum xallar toplamağa çalışacağıq”.

Azər Bağırov Premyer Liqada qalmaq şanslarını da dəyərləndirib:

“Ötən mövsüm 32 xal yığmışdıq. Qışdan sonra ilk dördlükdə idik. Komandaların sayı çox olduqca, xallar bölünür deyə, 20-21 xal bəs edəcək ki, hansısa komanda Premyer Liqada qalsın. “Karvan” dünən son dəqiqələrdə qol buraxdı. Bu gün ikinci qolu vursaydıq, geri dönüş edə bilərdik. Daha yaxşı olacağıq. Qışdan sonra 17 oyun olacaq. Çox xal toplamaq mümkündür”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
2
arena.az

10Mənbələr