RU

Vitor Feyjao da “Kəpəz”ə lazım olmadı - Rəsmi - ARENA.AZ

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Kəpəz” klubu braziliyalı futbolçusu Vitor Feyjao ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Feijaoya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, braziliyalı futbolçu mövsümün əvvəlində bu komandaya cəlb olunub. Yarımmüdafiəçi “Kəpəz”in heyətində meydana çıxdığı 9 çempionat oyununda 1 qol vurub.

Vitor Feyjao “Kəpəz”ə Avstraliyanın “Sentral Kost Mariners” klubundan gəlmişdi. O, karyerası ərzində “Parana”, “Jakupiense”, “Krisiuma”, “Seara”, “Quarani”, “Fiqeyrense”, “Paysando”, “Boavişta”, “Kukesii”, “Şaxtyor” (Soliqorsk), “Londrina”, “Kaşias” kimi klubların da formasını geyinib.

“Kəpəz” daha öncə gürcü legioneri Otar Aptsiauri ilə də yollarını ayırmışdı.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
44
25
arena.az

10Источники