Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400 assist edən ilk futbolçu olub.
"Report" xəbər verir ki, bu göstərici MLS çempionatının 1/8 final mərhələsində "Neşvill"lə oyunda qeydə alınıb.
Görüşdə "İnter Mayami" 4:0 hesabı ilə qalib gəlib. Messi həm iki qol vurub, həm də bir asistlə yadda qalıb.
Messi karyerası ərzində "Barselona"da (İspaniya) 269, Argentina millisində 60, PSJ-də (Fransa) 34, "İnter Mayami"də isə 37 məhsuldar ötürmə edib.
Hazırda 38 yaşlı futbolçu "İnter Mayami" ilə MLS-in 1/4 finalına yüksəlib və növbəti mərhələdə "Sinsinnati" ilə qarşılaşacaq.
"Cebheinfo.az"