AZ

Messidən 400-cü assist – VİDEO

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400-cü assistni edib.

Msport.az  xəbər verir ki, bu göstərici MLS çempionatının 1/8 final mərhələsində “Neşvill”lə oyunda qeydə alınıb.

Görüşdə “İnter Mayami” 4:0 hesabı ilə qalib gəlib. Messi həm iki qol vurub, həm də bir asistlə yadda qalıb. Messi karyerası ərzində “Barselona”da (İspaniya) 269, Argentina millisində 60, PSJ-də (Fransa) 34, “İnter Mayami”də isə 37 məhsuldar ötürmə edib.

Hazırda 38 yaşlı futbolçu “İnter Mayami” ilə MLS-in 1/4 finalına yüksəlib və növbəti mərhələdə “Sinsinnati” ilə qarşılaşacaq.

Qeyd edək ki, futbol tarixində ən çox qol ötürməsi edən futbolçu Ferens Puşkaşdır – 404.

Seçilən
16
3
msport.az

10Mənbələr