RU

Premyer Liqa: 11-ci tura Azərbaycan derbisi ilə yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün “Zəfər turu” adı verilmiş 11-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Kəpəz”lə “Sabah” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüşü Tural Qurbanov idarə edəcək.

Uğursuz mövsüm keçirən “Kəpəz” hazırda cəmi 3 xalla sonuncu pillədə qərarlaşıb. Gəncə təmsilçisi ardıcıl iki oyundur uduzur. “Sabah” isə 18 xalla 6-cı sırada qərarlaşıb.

Turun qapanış matçında milli çempionatın daimi iki iştirakçısı – “Qarabağ” və “Neftçi” üz-üzə gələcək. Bir oyun az keçirmiş Ağdam təmsilçisi bu görüşdə qalib gəlsə, vahid liderliyi ələ keçirmiş olacaq. Son iki oyunundan qalib ayrılmış “Neftçi” isə 7-ci sırada qərarlaşıb. “Azersun Arena”da baş tutacaq Azərbaycan derbisini Elçin Məsiyev idarə edəcək.

Premyer Liqa
11-ci tur

7 noyabr

“Şamaxı” – “İmişli” 1:0
Qol: Karim Rossi, 79.
Hakimlər: Rauf Cabbarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 13:44.

“Qəbələ” – “Sumqayıt” 0:2
Qollar: Rüstəm Əhmədzadə, 54. Aleksandr Ramalinqom, 81.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu, 16:44.

8 noyabr

“Araz-Naxçıvan” – “Karvan” 2:1
Qollar: Hamidu Keyta, 65. Felipe Santos, 90+2-pen – Araz Abdullayev, 17.
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:44.

“Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 18:44.

9 noyabr

“Kəpəz” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 15:44.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Azersun Arena”, 18:44.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
36
47
arena.az

10Источники