AZ

Futzal millimiz İslamiadada mübarizəni dayandırdı - ARENA.AZ

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanında təşkil edilmiş 6-cı İslam Həmrəyliyi Oyunlarında bu gün sonuncu matçına çıxıb.

Arena.az xəbər verir ki, A qrupunda yer almış milli komandamız Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.

Görüş təşkilatçı ölkə millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da aktivində 3 xal olan Azərbaycan millisi mübarizəni dayandırıb. Özbəkistan 1-ci, Səudiyyə Ərəbistanı isə 2-ci yerin sahibi kimi yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, futzal yığmamız ilk oyununda Liviyaya 5:4 hesabıyla qalib gəlsə də, Özbəkistana 2:13 hesabıyla uduzmuşdu.

İslam Həmrəyliyi Oyunları
A qrupu
8 noyabr

Səudiyyə Ərəbistanı – Azərbaycan 5:0
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksi, Yaşıl zal. Saat 20:00.

Azərbaycan: 1. Kamran Hacıyev (k), 3. Kənan Manafov, 5. Eldar Zeynalov, 9. Murad Quluzadə, 20. Fərid Abbasov, 12. Cavad Məmmədov, 2. Ədalət Ələkbərov, 4. Qüdrət Qasımzadə, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Oqtay Mahmudzadə.
Baş məşqçi: Yevgeni Kukseviç.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
9
29
arena.az

10Mənbələr