RU

Burqas yaxınlığında baş verən yol qəzasında miqrantlar həlak olub

Bakı, 7 noyabr, AZƏRTAC

Bolqarıstanın Burqas şəhərində yol qəzası baş verib və nəticədə avtomobildə olan altı sənədsiz miqrant həlak olub.

AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, Rumıniya vətəndaşının idarə etdiyi, bu ölkəyə məxsus dövlət nömrə nişanlı avtomobildə on nəfər olub. Bildirilib ki, bu da icazə verilən adam sayından iki dəfə çoxdur.

Polis əməkdaşları sürücünün sürət həddini aşdığını və avtomobili kənara çəkmək əmrini verəndə tabe olmadığını söyləyib. Bildirilib ki, qəzadan sağ çıxan üç sərnişinə və sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərilib.

İlkin məlumatlara görə, sağ qalan miqrantlar Əfqanıstandandır.

Xatırladaq ki, Bolqarıstanda son il yarım ərzində miqrant alveri ilə məşğul olan 15-20 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

 

Избранный
56
44
azertag.az

10Источники