Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Yol polisinin “Saxla” əmrinə tabe olmayan sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Çeboksar şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb. Şəhərin Privokzalnaya küçəsində xidmət aparan yol polisi əməkdaşları şübhəli “VAZ-2114” markalı avtomobilin sürücüsünə “Saxla” əmrini veriblər. Sürücü onların əmrinə tabe olmayıb və qaçmağa çalışıb. Təqib zamanı sürücü təhlükəli manevrlər edərək bir neçə dəfə işıqforun qırmızı işığından keçib.
Sonda o, avtomobilin sükan idarəetməsini itirərək əvvəlcə səkiyə, daha sonra isə park edilmiş “Lada Vesta”ya çırpılıb. Polis qaydaları pozan sürücüyə 12 cərimə protokolu tərtib edib və avtomobili cərimə meydançasına aparılıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.