RU

Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib

Kosmosda

Beynəlxalq alimlər qrupu “Ceyms Uebb” kosmik teleskopunun köməyi ilə kosmosda əvvəllər müşahidə olunmayan və fərqli görünüşə malik çox nəhəng bir qara dəlik kəşf edib. Obyekt “Böyük infraqırmızı nöqtə” adlandırılıb.

Reyting.az
xəbər verir ki, qara dəlik əvvəllər yaxşı öyrənilmiş göy sahəsində - Yer kürəsindən 12,5 milyard işıq ili uzaqlıqda yerləşən kvasar “J1030+0524”-ün yaxınlığında aşkar edilib.

Elm adamlarının sözlərinə görə, indiyə qədər əldə edilən teleskop şəkillərinin hamısında bu obyekt parlaqlığı ilə seçilən qırmızı nöqtə kimi görünür.

Yeni kəşf olunmuş bu obyekt digərlərindən fərqlənir. O, nə rentgen, nə də radio dalğalarında siqnal yayır ki, bu da elmə məlum olan bütün qara dəliklər üçün qeyri-adi haldır.

Alimlərin fikrincə, “cəhənnəm atəşi” kimi yanıb parıldayan bu nəhəng obyekt, hətta qara dəlik olmaya da bilər.

Tədqiqatçılar tərəfindən aparılan növbəti spektral analizlərin nəticələri göstərib ki, yeni tapıntı qeyri-adi kosmik kütlədir və təxminən 100 milyon Günəş kütləsinə malik çox nəhəng qara dəlikdir.

Qeyd olunur ki, yeni aşkar edilən bu qara dəlik 2024-cü ildə kəşf edilmiş “Kiçik qırmızı nöqtələr” (Little Red Dots, LRD) sinfinə bənzəsə də, onlardan həm daha yaxın, həm də xeyli böyük görünür.

Alimlərin ehtimalına görə, həm “kiçik”, həm də “böyük qırmızı nöqtələr” qalın qaz və toz buludları ilə örtülmüş, bir-birindən fərqli qara dəliklərdir. Bu maddələr görünən işığı udur, lakin eyni zamanda infraqırmızı şüalanma buraxır.

Elm adamlarının fikrincə, bu yeni kəşf kainatın erkən dövrlərində qara dəliklərin necə formalaşdığını daha dərindən anlamaq üçün mühüm addımdır.

Oqtay QORÇU
Избранный
89
19
reyting.az

10Источники