AZ

Starmerin nəhəng "kuklası" yandırıldı

Britaniyanın Edenbridge şəhərində ənənəvi Guy Fauks Gecəsi qeyd edilən zaman Böyük Britaniyanın Baş naziri Kir Starmerin nəhəng "kuklası" açıq şəkildə yandırılıb.

Publika.az xəbər verir ki, təxminən bir əsr yaşı olan "Edenbridge Bonfire Society" tərəfindən təşkil edilən tədbir noyabrın 8-də baş tutub və minlərlə iştirakçını cəlb edib.

Bayram tədbirləri şəhər küçələrində məşəl yürüşü ilə başlayıb. Tarixi personajların, o cümlədən Qay Foks və Anna Boleynin "kuklaları"na bənzər geyimlərdə olan iştirakçılar izdihamın “Xain Starmeri yandıracağıq!” və “Nə edəcəyik? Onu yandıracağıq!” kimi şüarları altında marşrut boyu hərəkət ediblər. İzdihamın arxasınca isə “Starmerdən sonra sizdə nəsə qalıbsa, ianə edin” deyən və tamaşaçılardan ianə toplayan könüllülər hərəkət edib.

Axşamın kulminasiyası isə fişəng şousu və iki 11 metrlik "kuklanın" yandırılması olub. Onlardan biri ənənəvi Qay Foksu, digəri isə Kir Starmeri təsvir edib. Artıq təxminən 30 ildir ki, "kuklalar"dan birinin tanınmış, birmənalı qarşılanmayan siyasətçinin fiquru ilə əvəz olunması yerli ənənəyə çevrilib.

Seçilən
16
19
publika.az

10Mənbələr