RU

Kadinin zədəsi ciddidir? - Qurban Qurbanov açıqladı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Çelsi” ilə Çempionlar Liqasının 4-cü oyununda zədələnən Kadi Borges haqqında danışıb.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun zədəsinin ciddi olduğunu ehtimal etdiyini bildirib:

“Dəqiq fikir deyə bilməyəcəm. Amma bir az ciddiyə oxşayır. Ayaq hissəsində, kiçik sümüklərdən biri qırılana oxşayır. Sabah MRT-dən sonra bilinəcək”.

Qeyd edək ki, braziiyalı futbolçu sözügedən matçın 28-ci dəqiqəsində zədələnib. İlkin tibbi yardımdan sonra ayağında güclü ağrılar olan futbolçunun davam etməyəcəyi müəyyənləşib. 3 dəqiqə sonra isə Emmanuel Adday ilə əvəzlənib.

Избранный
43
1
publika.az

2Источники