“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Çelsi” ilə Çempionlar Liqasının 4-cü oyununda zədələnən Kadi Borges haqqında danışıb.
Təcrübəli mütəxəssis futbolçunun zədəsinin ciddi olduğunu ehtimal etdiyini bildirib:
“Dəqiq fikir deyə bilməyəcəm. Amma bir az ciddiyə oxşayır. Ayaq hissəsində, kiçik sümüklərdən biri qırılana oxşayır. Sabah MRT-dən sonra bilinəcək”.
Qeyd edək ki, braziiyalı futbolçu sözügedən matçın 28-ci dəqiqəsində zədələnib. İlkin tibbi yardımdan sonra ayağında güclü ağrılar olan futbolçunun davam etməyəcəyi müəyyənləşib. 3 dəqiqə sonra isə Emmanuel Adday ilə əvəzlənib.//MilliTv.NET