RU

Voleybol millimizin AÇ-dəki oyunlarının təqvimi açıqlandı

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisinin 2026-cı ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

Arena.az bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, millimiz ölkəmizin ev sahibliyi edəcəyi C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Azərbaycan millisi ilk oyununu Portuqaliya kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, qitə birinciliyi Azərbaycan (Bakı), Türkiyə (İstanbul), Çexiya (Brno) və İsveçin (Göteborq) ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Bakıdakı qarşılaşmalar 21–28 avqustda Milli Gimnastika Arenasında baş tutacaq.

AÇ-2026-nın C qrupunun oyunlarının təqvimi:

21 avqust
19:00. Azərbaycan – Portuqaliya

22 avqust
15:30. Belçika – İspaniya
18:30. Rumıniya – Niderland

23 avqust
15:30. Portuqaliya – Belçika
18:30. İspaniya – Azərbaycan

24 avqust
15:30. Niderland – Portuqaliya
18:30. Azərbaycan – Rumıniya

25 avqust
15:30. Rumıniya – Belçika
18:30. Niderland – İspaniya

26 avqust
15:30. İspaniya – Portuqaliya
18:30. Belçika – Azərbaycan

27 avqust
15:30. Niderland – Belçika
18:30. Portuqaliya – Rumıniya

28 avqust
15:30. İspaniya – Rumıniya
18:30. Azərbaycan – Niderland

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
21
19
arena.az

10Источники