AZ

“Neftçi” FIBA Avropa Kubokunda Polşa klubuna qalib gəldi

Azərbaycanı basketbol üzrə FIBA Avropa Kubokunda təmsil edən “Neftçi” komandası bu gün sözügedən turnirdə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, I qrupunda yer almış “ağ-qaralar” qrup mərhələsinin 4-cü turu çərçivəsində Polşanın “Trefl” komandasını qəbul edib.

Bakı İdman Sarayında baş tutmuş oyun Bakı təmsilçisi üçün uğurlu alınıb. Azərbaycan klubu bu görüşdə 92:87 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bu qrupun digər görüşündə Azərbaycan təmsilçisi “Abşeron Lions” Estoniyada “Kalev”in qonağı olacaq. Bu oyuna isə saat 21:30-da start veriləcək.

Hazırda “Trefl” 7 xalla I qrupunda liderdir. Eyni xala malik “Neftçi” ikinci pillədə qərarlaşıb. “Kalev” 4 xalla üçüncü, 3 xalı olan “Abşeron Lions” isə sonuncudur.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
28
2
arena.az

10Mənbələr