RU

Türkiyənin avtomobil ixracı 34 milyard dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 34 milyard 19 milyon 131 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 3 milyard 815 milyon 606 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 6,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 40 milyard 740 milyon 8 min dollar məbləğində avtomobil ixrac edib.

Избранный
31
15
turkic.world

10Источники