AZ

Türkiyədən Fransa elektrik avadanlıqları ixracı 54 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə 2025-cü ilin sentyabr ayında Fransa elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq, 591 milyon 798 min 59 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Fransa elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz azalaraq, 54 milyon 282 min 8 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, 12 milyard 893 milyon 33 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 516 milyon 734 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 17 milyard 367 milyon 490 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
187
14
turkic.world

10Mənbələr