RU

Ramil Usubov Moskvada MDB ölkələri TŞ katiblərinin görüşündə iştirak edir...


Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin XIII görüşü keçirilir.

Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov tədbirdə iştirak edir.

İclasdan əvvəl MDB ölkələri Təhlükəsizlik şuralarının katibləri Rusiya paytaxtında “Əbədi məşəl”in önünə əklil və Aleksandr bağındakı Naməlum əsgərin məzarının önünə gül dəstələri qoyublar.

İclas iştirakçıları Müstəqil Dövlətlər Birliyi məkanında aktual çağırışları və təhlükəsizliyə təhdidləri, onlara reaksiya verilməsi üzrə birgə tədbirləri müzakirə edəcəklər. Gündəliyə, həmçinin humanitar və təhsil sahələrində MDB ölkələri arasında əməkdaşlıq məsələləri daxil edilib.

ZÜMRÜD

Избранный
18
2
baki-xeber.com

3Источники