AZ

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin XIII görüşü keçirilir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskva, 5 noyabr, AZƏRTAC

Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin XIII görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov tədbirdə iştirak edir.

İclasdan əvvəl MDB ölkələri Təhlükəsizlik şuralarının katibləri Rusiya paytaxtında “Əbədi məşəl”in önünə əklil və Aleksandr bağındakı Naməlum əsgərin məzarının önünə gül dəstələri qoyublar.

İclas iştirakçıları Müstəqil Dövlətlər Birliyi məkanında aktual çağırışları və təhlükəsizliyə təhdidləri, onlara reaksiya verilməsi üzrə birgə tədbirləri müzakirə edəcəklər. Gündəliyə, həmçinin humanitar və təhsil sahələrində MDB ölkələri arasında əməkdaşlıq məsələləri daxil edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
azertag.az

3Mənbələr