RU

Nazirdən şad xəbər: Bu şəxslər mənzillərlə təmin olunacaq

Olke.az saytına istinadən ain.az xəbər verir.

Növbəti ildə şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin mənzillərlə təmin olunması nəzərdə tutulur.Ölkə.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin  Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.Nazirin sözlərinə görə, imtiyazlı şəxslərin (şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin) mənzillərlə təminatına 50 mln. manat vəsait xərclənməsi nəzərdə tutulur. “Bu vəsaitin 10 mln. manatı DSMF-nin investisiya gəlirlərinin, 40 mln. manatı  isə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdiriləcəkdir”, - nazir qeyd edib.Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
17
olke.az

10Источники