AZ

Şəhid ailələrinin mənzillə təminatına bu qədər vəsait ayrılacaq

ain.az bildirir, Unikal.az portalına istinadən.

Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat nəzərdə tutulub.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

Nazir bildirib ki, həmçinin imtiyazlı şəxslərin (şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin) mənzillərlə təminatına 50 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur.

“Bu vəsaitin 10 milyon manatı DSMF-nin investisiya gəlirlərinin, 40 milyon manatı isə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdiriləcək”, - deyə A.Əliyev vurğulayıb.

Anar Kəlbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
11
unikal.az

10Mənbələr